Azərbaycanda xidmətlər indeksi kəskin azalıb
22 may 2012 11:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2012-ci ilin aprel ayı üzrə 77,0% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici mart ayı ilə müqayisədə 46,8 faiz bəndi azalıb.
Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Göründüyü kimi, indeks həm azalıb, həm də 100%-dən aşağı səviyyədədir. İndeksin 100%-dən aşağı olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən azalmasından xəbər verir.
Belə ki, mart ayında əhaliyə 461,8 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, aprel ayında bu həcm 355,5 mln. manata enib. Müqayisə üçün bildirək ki, fevral ayında bu göstərici 372,8 mln. manata bərabər olub.

Maliyyə
PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib
18:31
10 may 2024
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
16:46
10 may 2024
PAŞA Sığorta məktəblilərə özəl sağlamlıq sığortası məhsulunu təqdim edir
15:58
10 may 2024
PAŞA Sığortadan “Mercedes-Benz” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya!
12:22
10 may 2024