Bank Of Baku

«ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri 47% artıb

«ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri 47% artıb
# 22 may 2012 12:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri son bir ildə 46,7% artaraq 2012-ci il aprelin 1-nə 1 218 mln. rubl (30,450 mln. manat) təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.

Filialın kredit portfeli 1 094 mln. rubl (27,350 mln. manat) təşkil edib ki, bu da illik müqayisədə 47,8% çoxdur. Bunun 1 040 mln. rublu (26 mln. manat) hüquqi şəxs və fərdi sahibkarların, 53,8 mln. rublu (1,345 mln. manat) fiziki şəxslərin payına düşüb. Filial tərəfindən kiçik və orta sahibkarlığın kreditləşməsi son bir ildə 2,8 dərə artırılaraq 660 mln. rubla (16,5 mln. manat) çatdırılıb.

Bu ilin I rübü ərzində filial fiziki şəxslərin əmanətləri üzrə faizlər şəkilində 3,1 mln. rubl (77,5 min manat) ödəyib.

Filial tərəfindən buraxılan plastik kartların sayı isə son bir ildə 50,8% artaraq 1 211-ə çatıb. Hazırda filialın 8 bankomatı var və 15 obyektdə POS-terminalları quraşdırılıb.

Bu ilin I rübü üzrə filialın balans mənfəəti 68,3% artaraq 21,2 mln. rubla (530 min manat) çatıb.

Qeyd edək ki, Yekaterinburq filialı 2005-ci ilin sentyabrın 1-də açılıb. Filialın bazasında Ural regionunda bankın geniş şəbəkəsinin açılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR