Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 5% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 5% artıb
# 22 may 2012 12:18 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən bu göstərici 5,72% artıb.

Hesabat dövründə Azərbaycandan 8 433,489 mln. dollar dəyərində 1 177 çeşiddə mal ixrac edilib, 5 089 çeşiddə 2 901,820 mln. dollarlıq mal idxal edilib. Ötən ilin eyni dövrünə nisbətən ixrac 5,36%, idxal isə 6,79% artıb. Ötən ilə nisbətən ixrac edilən malların çeşidi 2, idxal olunan malların çeşidi isə 331 vahid genişlənib.

İlk 4 ayın nəticələrinə görə, xarici ticarətdə 5 531,669 mln. dollarlıq müsbət saldo yaranıb və bu, keçən ilin eyni dövrünə nisbətən 4,62% çoxdur.

Hesabat dövründə idxalın 636,418 mln. dolları və ya 21,93%-i dövlət sektoru, 2 265,402 mln. dolları və ya 78,07%-i isə özəl sektorun və fiziki şəxslərin payına düşüb.

Bu dövrdə ölkədən ixracın 8 033,717 mln. dolları və ya 95,26%-i dövlət sektoru, cəmi 4,74%-i isə özəl sektorun və fiziki şəxslərin payına düşüb.

Azərbaycana idxalın 748,827 mln. dolları və ya 25,8%-i MDB ölkələri, 804,489 mln. dolları və ya 27,72%-i Avropa İttifaqı ölkələri, 1 348,504 mln. dolları və ya 46,48%-i isə digər ölkələrin payına düşüb.

Ölkədən ixracın 343,347 mln. dolları və ya 4,07%-i MDB ölkələri, 4 041,345 mln. dolları və ya 47,92%-i Aİ ölkələri, 4 048,798 mln. dolları və ya 48,01%-i digər ölkələrin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR