Bank Of Baku

Azərbaycanda apreldə ipoteka kreditləşməsi kəskin artıb

Azərbaycanda apreldə ipoteka kreditləşməsi kəskin artıb
# 22 may 2012 13:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin aprel ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb. Ötən ay AİF-in xətti ilə 13 mln. manat ipoteka krediti verilib ki, bu da yanvar-mart aylarında verilən kreditlərin ümumi həcmindən (10 mln. manat) artıqdır. AİF-dən «APA-Economics»ə verilən məlumata görə, nəticədə bu ilin əvvəlindən verilən ipoteka kreditlərinin məbləği 23 mln. manata çatıb.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin həcmi 368,54 mln. manata çatıb. Nəticədə, 2012-ci il mayın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 41 manata çatıb. Müqayisə üçün bildirək ki, 2012-ci ilin aprelin 1-nə bu rəqəm 39,5 manat olub.

Apreldə AİF tərəfindən 7,38 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, ilk 4 ayda 26,530 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 287,5 mln. manatı və ya 78,01%-i təkrar maliyyələşdirilib.

İlk 4 ayda İpoteka Fondu 11 mln. manatlıq istiqraz buraxıb. Qeyd edək ki, əvvəlki aylarda olduğu kimi, aprel ayında dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR