Bank Of Baku

Azərbaycan istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə daxilolmalar 26% artıb

Azərbaycan istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə daxilolmalar 26% artıb
# 23 may 2012 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə 10,936 mln. manat həcmində sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu növ üzrə 123,103 min manat həcmində sığorta ödənişi aparılıb. Ötən ilin yanvar-aprel aylarında isə bu sığorta növü üzrə aparılan ödənişlərin həcmi sıfıra bərabər olub.

Aparılan təhlilə görə, bu növ üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» sığorta şirkətinin payına düşüb. Sonrakı yerləri isə «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri bölüşdürür. Bu sığorta növünün bazar üzrə məcmu sığorta haqlarında payı 9,4% təşkil edib.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə üç şirkət - «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat sığorta» şirkətləri xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR