Bank Of Baku

Azərbaycanda ən ucuz kreditlər Naxçıvanda, ən bahalı kreditlər isə Lənkəranda verilir

Azərbaycanda ən ucuz kreditlər Naxçıvanda, ən bahalı kreditlər isə Lənkəranda verilir
# 23 may 2012 10:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda verilən kreditlərin böyük hissəsi Bakı şəhərinin payına düşür. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin I rübünün nəticələrinə əsasən, məcmu kredit portfelinin (10 263,207 mln. manat) strukturunda 87,6% Bakı şəhərində verilib. Kreditlərin həcminə görə bölgələr arasında böyük fərqlə (xüsusi çəki - 2,87%) Abşeron iqtisadi rayonu liderlik edir – burada ayrılan kreditlərin ümumi həcmi 295,517 mln. manat təşkil edir.

Ölkə üzrə verilən kreditlərin 285,512 mln. manatı və ya 2,78%i Aran, 272,264 mln. manatı (2,65%) Gəncə-Qazax, 120,076 mln. manatı (1,16%) Lənkəran, 105,658 mln. manatı (1,03%) Quba-Xaçmaz iqtisadi rayonlarının payına düşür.

Digər bölgələrə verilən kreditlərin həcmi 100 mln. manatdan az olub. Belə ki, Şəki-Zaqatala iqtisadi rayonunda 78,785 mln. manat (0,77%), Naxçıvan iqtisadi rayonunda 68,824 mln. manat (0,67%), Dağlıq Şirvan iqtisadi rayonunda 32,584 mln. manat (0,32%), Yuxarı Qarabağ iqtisadi rayonunda 12,192 mln. manat (1,2%) kredit verilib.

Ən az kredit tamamilə işğal altında olan Kəlbəcər-Laçın iqtisadi rayonunun subyektlərinə verilib (1,985 mln. manat və ya 0,2%).

Bu dövrdə ölkə üzrə kreditlərin orta illik faiz dərəcəsi 16,2% təşkil edib.

AMB-nin məlumatlarına əsasən, ölkədə kreditlər ən aşağı faizlərlə Naxçıvanda (orta illik 11,2%), ən yüksək faizlərlə Lənkəran iqtisadi rayonunda verilir (24,1%).

Bakıda verilən kreditlərin orta faiz dərəcəsi 15,5%, Kəlbəcər-Laçın iqtisadi rayonunda 17,4%, Abşeron iqtisadi rayonunda 17,9%, Quba-Xaçmazda 20,4%, Dağlıq Şirvanda 20,7%, Gəncə-Qazaxda 21,2%, Yuxarı Qarabağda 21,3%, Aran iqtisadi rayonunda 22,6%, Şəki-Zaqatalada orta illik 22,8% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR