Bank Of Baku

Azərbaycanda bank əmanətlərinin 91%-i paytaxtın payına düşür

Azərbaycanda bank əmanətlərinin 91%-i paytaxtın payına düşür
# 23 may 2012 11:04 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin I rübünün nəticələrinə əsasən, banklarda saxlanılan 4 298,915 mln. manatlıq əmanətlərin 3 912,047 mln. manatı və ya 91%-i Bakı şəhərində banklara qoyulub. Ölkənin regionlarının bank əmanətlərindəki payı 9% (386,868 mln. manat) təşkil edir.

Məcmu əmanətlərin 166,922 mln. manatı Abşeron iqtisadi rayonu (xüsusi çəkisi - 3,88%), 60,517 mln. manatı Gəncə-Qazax (1,4%), 52,907 mln. manatı Aran (1,23%), 24,508 mln. manatı Quba-Xaçmaz (0,57%), 22,300 mln. manatı Lənkəran (0,52%), 22,215 mln. manatı Şəki-Zaqatala (0,52%), 21,284 mln. manatı Naxçıvan MR-nın payanı düşür.

Banklara ən az əmanətlərin yatırıldığı bölgələr Dağlıq Şirvan (8,305 mln. manat), Yuxarı Qarabağ (6,406 mln. manat) və Kəlbəcər-Laçın (1,503 mln. manat) iqtisadi rayonlarıdır.

Ölkə üzrə əmanətlərin orta illik gəlirliyi 8,8% təşkil edir. Bakıda da əmanətlərin bu dərəcə ilə qəbul edilir. Əmanətlər üzrə ən yüksək faiz dərəcələri Abşeronda (orta illik 11,2%), ən aşağı faiz dərəcəsi Naxçıvandadır (2,5%).

Digər bölgələrə gəldikdə Gəncə-Qazaxda əmanətlər 8,1%, Lənkəran iqtisadi rayonunda 7,8%, Quba-Xaçmazda 7,3%, Kəlbəcər-Laçın iqtisadi rayonunda 6,7%, Dağlıq Şirvanda 6,5%, Aran iqtisadi rayonunda 6%, Şəki-Zaqatalada 5,9%, Yuxarı Qarabağda 4,3% dərəcə ilə qəbul edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR