Bank Of Baku

Son bir ildə Azərbaycanda könüllü daşınmaz əmlak sığortası bazarı 42% artıb

Son bir ildə Azərbaycanda könüllü daşınmaz əmlak sığortası bazarı 42% artıb
# 23 may 2012 11:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 8,726 mln. manatlıq sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 42% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya əsasən, könüllü əmlak sığortası üzrə ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (8,578 mln. manat) növü üzrə toplanılıb ki, bu da məcmu əmlak sığortası üzrə yığımların 78%-ni, könüllü əmlak sığortası üzrə daxilolmaların isə 98%-ni təşkil edir.

Hesabat dövründə könüllü əmlak sığortası üzrə sığorta hadisələrinə görə aparılan ödənişlərin həcmi 4,1% azalaraq 765,756 min manata düşüb.

Bununla yanaşı, car ilin yanvar-aprel aylarında icbari əmlak sığortası üzrə 2,279 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bunun da 2,184 mln. manatı «Daşınmaz əmlakın icbari sığortası», 94,845 min manatı isə «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növlərinin payına düşüb. Qeyd edək ki, icbari əmlak sığortası üzrə yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21% az olub. Ödənişlərin həcmi isə 83,3% azalaraq 30,503 min manat təşkil edib.

Aparılan araşdırmada məlum olub ki, bazarda əmlak sığortası üzrə ən çox daxilolmalar «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 115,770 mln. manat, ödənişlərin həcmi isə 26,465 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR