Bank Of Baku

«Bank Respublika»da qeyri-faiz zərərinin həcmi artıb

«Bank Respublika»da qeyri-faiz zərərinin həcmi artıb
# 23 may 2012 12:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin 2012-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 2,976 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 92% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 26,4% artaraq 10,049 mln. manat, o cümlədən faiz gəlirləri 25% artaraq 7,191 mln. manat, qeyri-faiz gəlirləri 32,2% artaraq 2,858 mln. manat olub.

Bu müddət ərzində bankın ümumi xərcləri 10,4% artaraq 7,073 mln. manat, o cümlədən faiz xərcləri 31% azalaraq 1,726 mln. manat, qeyri-faiz xərcləri isə 16% artaraq 5,347 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 67,2% artaraq 5,465 mln. manat, qeyri-faiz zərəri isə 1,6% artaraq 2,489 mln. manata çatıb.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdar kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR