Azərbaycan Milli Ödəniş Şurasının ilk iclası keçirilib
23 may 2012 13:55 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin ödəniş və qiymətli kağızlarla hesablaşmalar sistemlərinin təkmilləşdirilməsi üzrə siyasətin müəyyənləşdirilməsi və konseptual qərarların qəbul olunması məqsədilə yaradılan Milli Ödəniş Şurasının (MÖŞ) ilk iclası keçirilib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, iclasda çıxış edən Mərkəzi Bank sədrinin birinci müavini, Şuranın sədri Alim Quliyev ölkə prezidenti tərəfindən ölkədə nağdsız ödənişlər üzrə dövriyyənin ən qısa vaxtda inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, kartlardan geniş istifadənin təmin edilməsi məqsədilə bir sıra tapşırıqların verildiyini vurğulayaraq bu istiqamətdə ümumi işlərin əlaqələndirilməsi üçün MÖŞ-un yaradıldığını bildirib. A.Quliyev Mərkəzi Bank tərəfindən ölkədə elektron ödəniş sistemlərinin yaradılması və nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində bir sıra mühüm layihələrin həyata keçirildiyini qeyd edib.
AMB-nin Ödəniş sistemləri və hesablaşmalar Departamentinin direktoru K.Qurbanova isə MÖŞ-un yaradılması üzrə beynəlxalq təcrübə, onun fəaliyyətinin məqsədi və işinin təşkili, Milli Ödəniş Sisteminin mövcud vəziyyəti, digər ölkələrlə müqayisəli təhlili, həmçinin inkişaf perspektivləri barədə iclas iştirakçılarına məlumat verib. O, qeyd edib ki, hazırda Milli Ödəniş Sisteminin əsas komponentlərindən hesab edilən sistemlər - AZIPS, XÖHKS və KÖMİS müvəffəqiyyətlə istifadə olunur və bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunub.
İclasda həmçinin elektron ödəniş xidmətlərinin inkişaf istiqamətləri və növbəti 5 il üçün strateji hədəflər müzakirə edilib və Milli Ödəniş Şurasının əsasnaməsi qəbul edilib.
Toplantıda MÖŞ-un üzvləri olan Mərkəzi Bank, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Gömrük, Qiymətli Kağızlar üzrə dövlət komitələri və aparıcı kommersiya banklarının rəhbərlərik səviyyəsində nümayəndələri iştirak ediblər.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024