Bank Of Baku

2022-ci ildə Azərbaycanda inflyasiya 13,9% təşkil edib

2022-ci ildə Azərbaycanda inflyasiya 13,9% təşkil edib
# 17 yanvar 2023 15:58 (UTC +04:00)

2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 faiz təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, 2022-ci ildə ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10,4 faiz bahaşıb. 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 faiz təşkil edib.

2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən isə 19,0 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR