Bank Of Baku

AMB-nin bank və BOKT-lara xalis tələbi ilin əvvəlindən 9,4% artıb

AMB-nin bank və BOKT-lara xalis tələbi ilin əvvəlindən 9,4% artıb
# 30 dekabr 2019 13:50 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) bank və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbi 6835,5 mln. manat təşkil edib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, bank və BOKT-ların öhdəliklərinin həcmi noyabrın 1-i ilə müqayisədə 145,9 mln. manat və ya 2,1% artıb. Hesabata əsasən, bu ilin əvvəli ilə müqayisədə isə AMB-nin bank və BOKT-lara xalis tələbində 590 mln. manat və ya 9,4% artım müşahidə olunub.

Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR