Azərbaycanın xarici dövlət borcunun beşillik dinamikası - QRAFİK

Azərbaycanın xarici dövlət borcunun beşillik dinamikası - QRAFİK
# 22 fevral 2021 10:55 (UTC +04:00)

2021-ci ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 8 821,5 mln. ABŞ dolları və ya ÜDM-in 20,7%-ni təşkil edib ki, bu da illik müqayisədə 1,2% azdır.

"APA-Economics"in Azərbaycan Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı hesablamalarına görə, son 5 ildə ölkənin xarici dövlət borcunun həcmi 27,9%, ÜDM-dəki çəkisi isə 0,9 faiz bəndi artıb.

Qeyd edək ki, 2016-cı ildən bəri Azərbaycanın xarici dövlət borcunun pik həddi 2018-ci ilin sonunda qeydə alınıb və 9,398 mlrd. dollar və ya ÜDM-in 22,8%-nə bərabər olub.

Xatırladaq ki, "Büdcə zərfi"nə görə, dövlət borcunun dayanıqlılığını təmin edilməsi 1-ci strateji məqsəd kimi müəyyənləşdirilib və bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəfi gözləniləcək.

Dünya Bankının noyabr proqnozlarına görə, bu il Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20%-ni təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR