2020-ci ilin IV rübündə "The Coca-Cola Company" şirkətinin satışdan əldə etdiyi xalis gəlirləri əvvəlki rüblə müqayisədə 5% azalaraq 8,6 mlrd. ABŞ dollarına enib.
"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Qeyd olunub ki, 2020-ci il ərzində "Coca-Cola"nın satışdan xalis gəlirləri illik ifadədə 11% azalaraq 33 mlrd. dollara düşüb. Hər bir səhm üzrə mənfəət isə ötən ilin IV rübündə 29% azalaraq 0,34 dollar, bütün il ərzində isə 13% azalaraq 1,79 dollar təşkil edib.
Bundan əlavə, nəhəng içki istehsalçısının cari əməliyyatlar üzrə pul axını 2020-ci ildə 6% daralaraq 9,8 mlrd. dollara bərabər olub.