İdxal gömrük rüsumundan azad edilən bərk və yumşaq buğdanın təsnifatı müəyyənləşib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.
Qərara əsasən, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sinif bərk buğda və 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sinif yumşaq buğdanın idxalı gömrük rüsumundan azad edilib.
İndiyə qədər toxumluq və digərləri idxal gömrük rüsumundan azad idi. Qərara əsasən, digər buğda kateqoriyası bərk və yumşaq buğdanın təsnifatı ilə əvəzlənib.