Millət vəkili: "Büdcənin gəlirləri nəzərdə tutulandan 15 % çox olarsa, büdcəyə yenidən baxılacaq"

Millət vəkili: "Büdcənin gəlirləri nəzərdə tutulandan 15 % çox olarsa, büdcəyə yenidən baxılacaq"
# 01 fevral 2021 16:26 (UTC +04:00)

“Dövlət büdcəsinin gəlirləri 3 istiqamətdən formalaşır: Neft Fondu, vergilər və rüsumlar. Bunların hamısını Milli Məclis tərəfindən qəbul edilir: vergi dərəcələri, rüsumlar və s. Tarif Şurasının qərarlarının dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir edəcəyi ilə bağlı həmkarlarım bəzi fikirlər səsləndirdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Tarif Şurasının qiymət qaldırmasının dövlət büdcəsinin gəlirlərinə ciddi təsir edəcəyini demək düzgün deyil: “Büdcənin Milli Məclis tərəfindən təsdiq olunmuş gəlirləri nəzərdə tutulan gəlirlərdən 15 % çox olarsa, may ayının 15-dən oktyabr ayının 15-dək büdcəyə yenidən baxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR