Bank Of Baku

Naxçıvanda kreditləşmənin həcmi yanvarda 16% azalıb

Naxçıvanda kreditləşmənin həcmi yanvarda 16% azalıb
# 23 fevral 2021 10:03 (UTC +04:00)

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 11,24 mln. manatdan çox kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 16,1% azdır.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlərin 1,14 mln. manatdan çoxu və yaxud 10,2%-i qısamüddətli, 10 mln. manatdan çoxu və yaxud 89,8%-i uzunmüddətli kreditlər olub.

Fevralın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 92981-ə çatıb ki, bunun da 80916-sı və ya 87%-i aktiv hesablardır. 2021-ci ilin yanvar ayında açılan 2619 bank hesabının 2618-i aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 fevral 2021-ci il tarixə 1417-yə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR