Bank Of Baku

AMB: Depozit faiz dərəcələrinin artımı nəticəsində bankların maliyyələşməsi artıb

AMB: Depozit faiz dərəcələrinin artımı nəticəsində bankların maliyyələşməsi artıb
# 28 fevral 2025 15:32 (UTC +04:00)

2024-cü ilin IV rübündə depozit faiz dərəcələrinin artımı fonunda bankların fiziki və hüquqi şəxslərin müddətli depozitləri vasitəsilə bankların maliyyələşməsində artım müşahidə olunub.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə” hesabatda bildirilib.

Qeyd edilib ki, fiziki şəxslərin tələbli depozitlərində heç bir dəyişiklik olmasa da, hüquqi şəxslərin tələbli depozitləri üzrə maliyyələşmədə cüzi azalma baş verib. Respondentlər növbəti rübdə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitləri üzrə maliyyələşmədə artım olacağını gözləyirlər.

Bildirilib ki, kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən, 2024-cü ilin IV rübündə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitləri, həmçinin banklararası bazar üzrə maliyyələşmə dəyərində artım müşahidə edilib. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyini gözləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR