Bank Of Baku

ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - EKSKLÜZİV

Orxan Bayramov

© APA | Orxan Bayramov

# 24 aprel 2026 14:01 (UTC +04:00)

"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat olub.

Bu barədə "APA-Economics"ə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının keçmiş sədri Orxan Bayramov təkrarsığorta şirkətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. O bu vəzifədə keçmiş bankir Asim Salamovu əvəzləyib.

Bununla da "AzRe"nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə üç nəfərdən ibarət olub.

Xatırladaq ki, Orxan Bayramov 2013-2017-ci illərdə ASA-nın sədri, 2017-2018-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi, 2018-2024-cü illərdə isə "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR