"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Türkiyədəki törəmə müəssisəsi ləğv edilib.
"APA-Economics"in ASCO-dan əldə etdiyi məlumata görə, “ASCO Tankers Gemi İşletmeciliği" Anonim Şirkəti fəaliyyətini dayandırıb.
Qeyd edək ki, “ASCO Tankers Gemi İşletmeciliği A.Ş.” 2017-ci ildə Türkiyənin İstanbul şəhərində təsis edilib və ASCO-nun Xəzərdən kənar hövzələrdə üzən quru yük və tanker gəmilərinin səmərəli istismarının təşkil edilməsinə və yükdaşımalar zamanı meydana çıxan məsələlərin operativ həll olunmasına xidmət edir. Törəmə müəssisənin səhmlərinin 100%-i ASCO-ya aiddir.