Bank Of Baku

Avqust ayında 146 mln. manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Avqust ayında 146 mln. manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib
# 31 avqust 2026 14:36 (UTC +04:00)

Avqust ayında Maliyyə Nazirliyi tərəfindən 6 depozit hərracı keçirilib və ümumilikdə xəzinə hesabının 146 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib. Məlumata görə, avqustun 6-da iki depozit hərracı keçirilib və ilk hərracın nəticələrinə əsasən, xəzinə hesabının 16 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Digər hərracda isə xəzinə hesabının 25 milyon manat həcmində qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 13-də keçirilən növbəti depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 21 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 20-də baş tutan hərracda 1 kommersiya bankı iştirak edib. Hərracın nəticəsinə əsasən, xəzinə hesabının 35 milyon manat həcmində qalığı 84 gün müddətinə, 6.53% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 27-də isə daha iki depozit hərracı keçirilib. Hərracların birinin nəticəsinə əsasən, xəzinə hesabının 19 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.52% orta çəkili faiz dərəcəsi ilə, digərində isə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Qeyd edilib ki, Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR