Avropa İnvestisiya Bankına (AİB) yeni Baş Katib təyin edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə bankdan bildirilib.
Məlumata görə, bu il yanvar ayının 1-dən Barbara Balke Avropa İnvestisiya Bankının Baş Katibi seçilib.
Qeyd edilib ki, Barbara Balke 20 ildən artıq müddətdə AİB-də çalışıb. Yeni vəzifəsinə qədər Bankın Baş Hüquq Müşaviri və Hüquq Direktorluğunun rəhbəri olub. Həmçinin əlavə edilib ki, əvvəlki Baş Katib Marjut Falkstedt Avropa İnvestisiya Fonduna (AİB qrupuna daxil olan) rəhbərlik edəcək.