“2019-cu ilin dövlət büdcəsi təqdim olunan zaman iqtisadi islahatlar bölümündə kifayət qədər vəsait nəzərdə tutulub”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
A. Bayramov deyib ki, bu gün təklif olunan paket də iqtisadi islahat olduğundan əsasən, həmin bölmədəki vəsaitlərin hesabına həyata keçirilir.
Qeyd edək ki, 2019-cu il büdcəsinə dəyişiklik təklifi Prezidentin müvafiq sərəncamları ilə hərbçilərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, bəzi dövlət qurumlarının əməkdaşlarının, diaqnostikadan keçmiş müəllimlərin əmək haqqının artırılması ilə bağlıdır.