2022-ci ilin yanvar-sentyabr aylarında “Azerbaijan İnternational Mining Company Ltd.”nin ixrac gəlirləri 76,4 milyon dollar təşkil edib.
"APA-Economics" “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,9% və ya 8,5 milyon dollar azdır.
Belə ki, MMC 2021-ci ilin doqquz ayında 84,9 milyon dollarlıq məhsul ixrac etmişdi.