Bu ilin mayın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 654,4 mln. manat, cəmi öhdəlikləri isə 25 161 6 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 492,8 mln. manat olub.
“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivlər 7,6%, cəmi öhdəlikləri 6,5%, sektorun balans kapitalı isə 14,3% artıb.
May ayına sektorun aktivlərinin 43,4%-ni kredit portfeli təşkil edib.