Bu ilin may ayında Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8 527,6 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur.
“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, may ayında milli valyutada olan əmanətlər 1,3% və 47,7 mln. manat artıb.
Hüquqi şəxslərin cəmi depozitləri may ayında 0,3% və 29,1 mln. manat artaraq 10 205,5 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 18,5% və ya 319 mln. manat artıb və 2 046,7 mln. manat təşkil edib. Milli valyutada olan depozitlər 3,3% və 128 mln. manat artaraq 3 971 mln. manata çatıb. Xarici valyutada olan müddətli depozitlər 22,1% və ya 331,8 mln. manat artaraq 1 836,5 mln. manata bərabər olub.