2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 372.2 milyon dollar təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5% və ya 205.6 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 577.8 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycana ən çox xarici investisiya Biritaniya və Türkiyədən yatırılıb. Hesabat dövründə Azərbaycana Biritaniyadan 1 milyard 367 milyon dollar, Türkiyədən isə 872.9 milyon dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə müvafiq olaraq 8.2% və 16% çoxdur.