Paşha Bank
Bank Of Baku

Azərbaycan üzrə ölkə rəhbəri: ADB Azərbaycanda mikromaliyyə sektorunun inkişafına dəstəyini davam etdirəcək

Azərbaycan üzrə ölkə rəhbəri: ADB Azərbaycanda mikromaliyyə sektorunun inkişafına dəstəyini davam etdirəcək
# 28 oktyabr 2026 10:45 (UTC +04:00)

Azərbaycan üzrə ölkə rəhbəri: ADB Azərbaycanda mikromaliyyə sektorunun inkişafına dəstəyini davam etdirəcək

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda mikromaliyyə sektorunun inkişafı, maliyyə inklüzivliyinin genişləndirilməsi və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində dəstəyini davam etdirməyi nəzərdə tutur.

“APA-Economics” xəbər verir ki, bunu ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal XII Azərbaycan Mikromaliyyə Konfransına videomüraciətində bildirib.

Onun sözlərinə görə, ADB Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində maliyyə inklüzivliyi strategiyalarının hazırlanmasına və mikromaliyyə sektorunun tənzimləyici çərçivəsinin təkmilləşdirilməsinə dəstək göstərib.

S. Durrani-Jamal qeyd edib ki, bank mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə də töhfə verir. Bu istiqamətdə yerli maliyyə institutlarına kreditlərin ayrılması kimi maliyyələşmə mexanizmlərindən istifadə olunur.

ADB rəsmisi bildirib ki, Mərkəzi Bankın mikromaliyyə modeli üzrə strateji çərçivəsi sektorun növbəti inkişaf mərhələsi üçün mühüm əsas yaradır.

Onun sözlərinə görə, yeni model çərçivəsində hüquqi və tənzimləyici islahatlar, institusional inkişaf, maliyyələşmə mənbələrinin şaxələndirilməsi, risklərin bölüşdürülməsi mexanizmlərinin genişləndirilməsi və proseslərin rəqəmsallaşdırılması əsas istiqamətlər sırasındadır.

S. Durrani-Jamal vurğulayıb ki, bu tədbirlər mikromaliyyə sektorunun dayanıqlılığının artırılmasına və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR