Bank Of Baku

Azərbaycan vətəndaşlarının xarici birjalara yatırımları ötən il 400 mln. manatı ötüb - EKSKLÜZİV

Azərbaycan vətəndaşlarının xarici birjalara yatırımları ötən il 400 mln. manatı ötüb - EKSKLÜZİV
# 06 aprel 2026 12:46 (UTC +04:00)

2025-ci ilin sonuna investisiya şirkətlərinin müştəri aktivlərinin ümumi həcmi 2,6 mlrd. manat təşkil edib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, investisiya şirkətlərinin müştəri aktivləri 2024-cü ilə nisbətən 36,8% və ya 680 mln. manat artıb.

Qeyd edilib ki, ümumi aktivlərin 2,32 mlrd. manatı xarici bazarlarda yerləşdirilmiş aktivlərin payına düşüb. Xarici bazarlarda yerləşdirilmiş müştəri aktivlərinin 82%-i və ya təxminən 1,9 mlrd. manatı hüquqi şəxslərin, 18%-i və ya təxminən 418 mln. manatı isə fiziki şəxslərin payına düşüb.

Açıqlamaya əsasən, xarici bazarlara yönəldilmiş investisiyaların əsas hissəsi xarici ölkələrin dövlət və korporativ istiqrazlarına yatırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR