Bank Of Baku

Azərbaycana sürətli pul köçürmələri 8%-ə yaxın artıb

Azərbaycana sürətli pul köçürmələri 8%-ə yaxın artıb
# 02 aprel 2026 14:55 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120.5 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 38.9 milyon manat təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 7,8% və ya 8.7 milyon manat, banklardan xaricə köçürmələr isə 4,9% və ya 1,8 milyon manat artıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR