Bank Of Baku

Azərbaycanda avtomobil qəzaları zamanı sığorta ödənişinin sürətli həyata keçirilməsi üçün yeni sistem yaradılıb

Azərbaycanda avtomobil qəzaları zamanı sığorta ödənişinin sürətli həyata keçirilməsi üçün yeni sistem yaradılıb
# 24 iyun 2019 11:26 (UTC +04:00)

"Hadisələrin idarəetmə sistemi artıq hazırdır, yaxın vaxtlarda pilot formasında bir sıra sığorta şirkətlərdə tətbiqinə başlanacaq".

APA-nın məlumatına görə, bunu bu gün İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib.

R. Əhmədov deyib ki, bu sistem icbari sığorta növləri üzrə sığorta tələblərinin vahid informasiya sistemi üzərindən mərkəzləşdirilmiş qaydada qeydiyyatının aparılması və tənzimlənməsini nəzərdə tutur: "Burada avtomobil qəzaları zamanı sığorta ödənişi üçün vacib olan Forma-4-ün alınması sahəsində müddətin azaldılmasından gedir. Qanunvericiliyə görə Forma-4 10 gün müddətində verilməlidir. Hadisələrin idarə edilməsi sistemi fəaliyyətə başladıqdan sonra sığortalı bu sahədə vaxt itkisi, bu sənədi Dövlət Yol Polisindən alaraq sığorta şirkətinə təqdim etməsi kimi əziyyətlə üzləşməyəcək. Daxili İşlər Nazirliyi elektron qaydada Forma-4-ü sığorta şirkətinə göndərəcək. Forma-4 xüsusən qəzalar zamanı 1 000 manatdan yuxarı ziyan dəyərkən hadisənin obyektiv mənzərəsinin məlum olması üçün sığorta şirkətləri üçün vacibdir".

R. Əhmədov  Hadisələrin idarəetmə sisteminin iyunun 28-də keçiriləcək Sığorta Forumunda təqdimatının keçiriləcəyini də açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR