Azərbaycanda bank sektorunun aktivləri mayda cüzi azalıb

Azərbaycanda bank sektorunun aktivləri mayda cüzi azalıb
# 27 iyun 2024 10:35 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında fəaliyyətdə olan bankların cəmi aktivləri 49,147.5 mln. manat, cəmi öhdəlikləri 42,817.8 mln. manat, balans kapitalı 6,329.7 mln. manat olub.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, may ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri 0.2% azalıb, balans kapitalı isə 0.1% artıb.
May ayında bankların kredit portfeli 2.1% və ya 513.7 mln. manat artaraq 25,158.2 mln. manat olub. Kredit portfelinin strukturu: 1) biznes kreditləri 54.8% (13,784.7 mln. manat); 11) istehlak kreditləri - 29.7% (7,480.2 mln. manat) və Ⅲ) ipoteka kreditləri 15.5% (3,893.3 mln. manat). May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 mln. manat (+2.3%), 153.2 mln. manat (+2.1%) və 52.2 mln. manat (+1.4%) artıb.


Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.8% təşkil edib.


Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 81.4%-i və ya 34,835.2 mln. manat. Depozit portfelinin 61.5%-1 (21,435.7 mln. manat) hüquqi şəxslərin, 38.5%-i (13,399.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.


Fiziki şəxslərin əmanət portfelinin 56.9%-i (7,625.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 64.8%-i (8,684.6 mln. manat) milli valyutada, 35.2%-i (4,714.9 mln. manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 16,301.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.1%-ni təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.3 faiz bəndi azalaraq 34.7% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR