Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üçün tətbiq ediləcək yeni elektron sistemin detalları açıqlanıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üçün tətbiq ediləcək yeni elektron sistemin detalları açıqlanıb
# 24 iyun 2019 12:07 (UTC +04:00)

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov daşınmaz və daşınar əmlak sahəsində əsas problemləri və bu sahədə irəli sürüdükləri təklifləri açıqlayıb.

APA-nın məlumatına görə, R. Əhmədov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib ki, daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar icbari sığorta mexanizminin həyata keçirilməsi üçün elektronlaşma vacibdir.

R. Əhmədov deyib ki, bu sahədə problem var və onun həlli üçün Baş nazir Novruz Məmmədovun mayın 21-də imzaladığı Sığorta sisteminin inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planında atılacaq addımlar əksini tapıb: "Bu sığorta şəhadətnamələrinin vahid informasiya sistemində yazılması həyata keçiriləcək. Daşınmaz əmlak sığortası sahəsində avtomobillərin icbari sığortasında olduğu kimi böyük uğurlar gözləyirik. Avtomobillərin sığortası sahəsində 100 mln. manatlıq, daşınmaz əmlak sahəsində isə təqribən 300 mln. manatlıq bir sığorta bazarı var. Avtomobildə zərər nisbəti 50-60%, daşınmaz əmlakda 10-15% civarındadır. Sığorta sektoru da bu addımları səbirsizliklə gözləyir. Burada Əmlak Məsələləri Dövlət Komitəsi ilə həyata keçirilməli olan inteqrasiya var və bu inteqrasiya həyata keçirildikdən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası və digər qurumlarla müvafiq işlər həyata keçirəcəyik. İcbari Sığorta Bürosu bu prosesdə yalnız elektron informasiya sisteminin yaradılmasını təmin edirik. Biz nəzarətedici və şikayət orqanı deyilik, bu məsələlər Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR