Bu il iyul ayının 1-nə Azərbaycanda banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi toplam 20 milyard 161.4 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% böyükdür.
Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 33 milyard 881.1 milyon manat təşkil edib.