Son bir ildə Azərbaycanda problemli kreditlərin həcmi 17,5% azalaraq 593,7 milyon manata enib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 2021-ci ilə nisbətən ötən il vaxtı ötmüş kreditlərin ümumi kredit portfelində payı 4,2%-dən 2,9 %-ə enib.