Bank Of Baku

Azərbaycanda rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq

Azərbaycanda rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq
# 20 noyabr 2025 11:59 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı ölkədə rəqəmsal fırıldaqçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə banklar, ödəniş təşkilatları və hüquq-mühafizə orqanları arasında avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş sistemin yaradılmasını planlaşdırır.

APA-Economics” xəbər verir ki, bunu IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı AMB-nin ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov deyib.

Onun sözlərinə görə, ilkin müzakirələr artıq aparılır və sistem fırıldaqçılıq hallarına qarşı mübarizədə “əlamətdar dönüş nöqtəsi” olacaq:

“Vahid platforma şikayətlərin bank və polis arasında itib-batmasının qarşısını alacaq, məlumatların real vaxt rejimində ötürülməsini təmin edəcək və risklərin operativ qiymətləndirilməsinə imkan verəcək. Yeni sistem həmçinin statistikanın tam və dəqiq formalaşdırılmasını mümkün edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR