Bank Of Baku

Azərbaycanda yaşayış və qeyri-yaşayış obyektlərinin icbari sığortalanmasının tətbiqi üçün Tədbirlər Planı qəbul edilib

Azərbaycanda yaşayış və qeyri-yaşayış obyektlərinin icbari sığortalanmasının tətbiqi üçün Tədbirlər Planı qəbul edilib
# 24 iyun 2019 11:18 (UTC +04:00)

"Yaşayış evləri və qeyri-yaşayış binalarının sığortalanmamasına görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub".

APA-nın məlumatına görə, bunu bu gün İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib.

R. Əhmədov deyib ki, bu cərimələr yerlərdəki icra hakimiyyəti orqanları, qeyri-yaşayış obyektlərinə münasibətdə isə Fövqəladə Hallar Nazirliyi tətbiq etməlidir. İcbari Sığorta Bürosunun icraçı direktoru daşınmaz əmlakın icbari sığortası sahəsində mexanizmin effektiv işləməsi üçün artıq addım atıldığını da qeyd edib: "Baş nazir 21 may tarixində Tədbirlər Planı imzalayıb. Həmin Tədbirlər Planında bu sahədə mexanizmin işləməsi üçün təkliflərimiz də nəzərə alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR