Bank Of Baku

Azərbaycandan Gürcüstana yatırılan investisiyaların həcmi 90%-ə yaxın artıb

Azərbaycandan Gürcüstana yatırılan investisiyaların həcmi 90%-ə yaxın artıb
# 16 dekabr 2024 17:03 (UTC +04:00)

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana yatırılan birbaşa investisiyaların həcmi 95 milyon 750 min ABŞ dolları təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 88.8% və ya 45 milyon ABŞ dolları artıb. Belə ki, 2023-cü ilin müvafiq dövründə Azərbaycandan Gürcüstana yönəldilmiş birbaşa investisiyaların həcmi 50 milyon 710 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici iqtisadiyyata yatırılan birbaşa investisiyaların həcmi 1 milyard 380.6 milyon ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR