Bank Of Baku

Azərbaycanın bank sektorunun aktivləri 9%-dən çox artıb

Azərbaycanın bank sektorunun aktivləri 9%-dən çox artıb
# 26 sentyabr 2024 11:27 (UTC +04:00)

2024-cü il sentyabr ayının 1-nə Azərbaycan banklarının cəmi aktivləri 49 milyard 567,7 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü il sentyabrın 1-i ilə müqayisədə 9,3 % çoxdur.

Məlumata görə, hesabat dövründə bank sektorunun öhdəlikləri 9,6% artaraq 43 milyard 256 milyon manata yüksəlib.

Bank sektorunun balans kapitalı isə 7,3 % artaraq 6 milyard 311,7 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR