Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 28%-ə yaxın azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 28%-ə yaxın azalıb
# 16 oktyabr 2023 16:07 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 39 814.44 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 1% çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 10,3% azalaraq 26 489.21 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 22,5% artaraq 12 614.16 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 13 875.05 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 27,8% az olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR