Bank Of Baku

Balaxanı Sənaye Parkına qoyulan ümumi investisiyanın həcmi açıqlanıb

Balaxanı Sənaye Parkına qoyulan ümumi investisiyanın həcmi açıqlanıb
# 23 iyun 2023 15:20 (UTC +04:00)

İndiyədək Balaxanı Sənaye Parkına 25 rezident tərəfindən 52 mln. manat həcmində investisiya yatırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə V İqtisadiyyat və İdarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransı zamanı “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

Onun sözlərinə görə, əgər park fəaliyyətə başlayanda (2017-ci il) burada 5 rezident var idisə, hazırda burada rezidentlərin sayı 25-ə çatıb.

Etibar Abbasov onu da qeyd edib ki, parkda tullantıların emalından istehsal edilmiş malların 10%-i ixrac edilir. O əlavə edib ki, tullantıların emal edilməsi sahəsinə maraq artır.

Etibar Abbasovun sözlərinə görə, “Təmiz Şəhər” işğaldan azad edilmiş ərazilərdə də fəaliyyət göstərir və məskunlaşma planına uyğun olaraq işlərini görür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR