Bank Of Baku

BFB-nin dövriyyəsi 26%-dən çox azalıb

BFB-nin dövriyyəsi 26%-dən çox azalıb
# 24 iyun 2019 18:08 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Bakı Fond Birjasının (BFB) dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 26,4% azalaraq 7 323 769 392,26 manat təşkil edib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə BFB-də dövlət qiymətli kağızlar üzrə dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 16,9% artaraq 5 767 750 046,13 manat təşkil edib.

Hesabat dövründə səhmlərin dövriyyəsi 57,6 dəfə azalaraq 1 167 223,16 manat, istiqrazların dövriyyəsi 39,2% azalaraq 171 564 645,37 manat, repo əməliyyatları üzrə dövriyyə 20,2% azalaraq 301 631 928,22 manat, törəmə alətlərinin dövriyyəsi isə 4 dəfə azalaraq 1 081 655 549,38 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR