Bank Of Baku

"Dövlət satınalmaları haqqında" qanunun tələbləri İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini əhatə etməyəcək

"Dövlət satınalmaları haqqında" qanunun tələbləri İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini əhatə etməyəcək
# 21 iyun 2019 13:25 (UTC +04:00)

“Dövlət satınalmaları haqqında” qanunun tələbləri İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satınalmasına şamil edilməyəcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun təklif edilən 1.3-cü maddədə qeyd edilir ki, bu qanun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada heç bir texniki, keyfiyyət göstəriciləri dəyişdirilmədən, təmir və ya emal işləri görülmədən digər şəxslərə satmaq məqsədi ilə malların (işlərin aə xidmətlərin) satın alınmasına şamil edilməyəcək.

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov deyib ki, Prezident İlham Əliyevin Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası təsdiqlənib. Həmin Qaydaya uyğun olaraq İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrini bazardan satın alacaq və onları kirayə vermək şərti ilə əhaliyə təklif edəcək: “Təklif edilən qanun layihəsi İpoteka və Kredit Zəmanət Fondunun satın aldığı yaşayış sahələrinə “Dövlət satınalmaları haqqında” qanunun, yəni satınalma prosedurlarının tətbiq edilməməsini nəzərdə tutur. Bu da yaşayış sahələrinin daha operativ əldə olunmasına, bu sosial xarakterli layihənin səmərəli həyata keçirilməsinə xidmət edəcək. Başqa sözlə, İpoteka və Kredit Zəmanət Fondu birbaşa açıq bazardan mənzilləri satın alacaq və əhaliyə kirayəyə verəcək”.

Qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR