Paşha Bank
Bank Of Baku

Dövlət satınalmalarında bank zəmanətləri elektron olacaq

Dövlət satınalmalarında bank zəmanətləri elektron olacaq
# 05 oktyabr 2026 11:18 (UTC +04:00)

Azərbaycanda dövlət satınalmaları üzrə müqavilələrin icrası zamanı tələb olunan bank təminatlarının elektron formada təqdim edilməsinə başlanılıb.

“APA-Economics” xəbər verir ki, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankının birgə yaratdığı yeni sistem vasitəsilə bankların verdiyi icra təminatları artıq elektron qaydada əldə oluna bilir.

Başqa sözlə, dövlət satınalmasında qalib gələn şirkət müqavilənin icrasına zəmanət kimi bankdan aldığı təminatı əvvəlki kimi kağız formada təqdim etməyə məcbur olmayacaq. Bank həmin məlumatı elektron sistemə ötürəcək və satınalan dövlət qurumu təminatın doğruluğunu sistem üzərindən yoxlaya biləcək.

Hazırda bu imkan bir sıra kommersiya banklarında tətbiq olunur. Digər bankların da sistemə mərhələli şəkildə qoşulması nəzərdə tutulur.

Yeni funksiyanın əsas məqsədi sənəd dövriyyəsini azaltmaq, prosesləri sürətləndirmək, məlumatların doğruluğunu elektron qaydada yoxlamaq və satınalma iştirakçılarının əlavə inzibati yükünü azaltmaqdır.

Qanunvericiliyə əsasən, dövlət satınalmasında qalib gələn təchizatçı müqaviləni elektron imza ilə təsdiqləməklə yanaşı, tələb olunan hallarda icra təminatı da təqdim etməlidir. Yeni sistem bu təminatın da elektron formada təqdim edilməsinə imkan yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR