Yanvarın 30-da Amerika fond bazarında "Dow Jones" indeksi 0,77% – 33,717.09 bəndədək, "S&P" 500 indeksi 1,30% – 4,017.77 bəndədək, "Nasdaq" indeksi isə 1,96% – 11,393.82 bəndədək azalıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında yanvarın 30-da "FTSE 100" indeksi 0,25% – 7,784.87 bəndədək yüksəlib, Almaniyanın "DAX" indeksi 0,16% – 15,126.08 bəndədək, Fransanın "CAC-40" indeksi isə 0,21% - 7,082.01 bəndədək enib.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0,07% dəyər itirərək 1,0843 dollara bərabər olub.