Bank Of Baku

"Fitch" ABB-nin proqnozunu "Stabil"dən "Pozitiv"ə qaldırıb

"Fitch" ABB-nin proqnozunu "Stabil"dən "Pozitiv"ə qaldırıb
# 16 oktyabr 2023 15:13 (UTC +04:00)

Fitch Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozunu "Stabil"dən "Pozitiv"ə dəyişib.

"APA-Economics" bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, ABB-nin Dayanıqlılıq reytinqi və Emitentin uzunmüddətli defolt reytinqi “BB-” səviyyəsində təsdiqlənib. Agentliyin rəyində qeyd edilir ki, ABB-nin reytinqlərinə Pozitiv proqnozun verilməsi Bankın daxili kredit gücü ilə bağlıdır. Mövcud reytinqləri ABB-nin etibarlı balans strukturunu, sağlam maliyyə göstəricilərini və yerli bazardakı güclü mövqeyini əks etdirir. ABB Azərbaycanın ən böyük bankıdır. 2023-cü ilin birinci yarısında sektordakı aktivlərin 26%-i, ölkədəki ümumi bank kreditlərinin 20%-i ABB-yə aid olub. Balans strukturu ABB aktivlərinin üstün keyfiyyətinə və Bankın dayanıqlı gəlirliliyinə əsas yaradır, еləcə də Bank üçün güclü kapital və likvidlik buferinə çevrilir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR