Bank Of Baku

Gələn il müavinətlərə ayrılan vəsaitin azaldılmasının səbəbi məlum olub

Gələn il müavinətlərə ayrılan vəsaitin azaldılmasının səbəbi məlum olub
# 01 noyabr 2022 13:50 (UTC +04:00)

Gələn il müavinətlərə ayrılan vəsaitin azaldılması səbəbi məlum olub.

APA xəbər verir ki, 2023-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 170, 40 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 2,18 % və ya 3,8 milyon manat azdır. Növbəti il üçün proqnozlaşdırılan xərclərin 2022-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən az olması 2022-ci illə bağlı aparılmış proqnozlaşdırılmada həmin vaxt təsiri hələ yüksək qiymətləndirilən COVİD-19 pandemiyasının sığorta pensiya sisteminə mümkün təsirləri də nəzərə alınmaqla, əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, dəfn üçün, uşağın anadan olmasına görə müavinət xərcləri ilə bağlı dürüstləşdirmələrin aparılmasına münasibətdə artıq 2023-cü il üzrə proqnozlaşdırılmada pandemiyanı sığorta pensiya sisteminə sosial-iqtisadi təsirlərinin səngiməsi əsas götürülərək xərclərin büdcə proqnozları çərçivəsində yenidən optimallaşdırılması ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR