İyunun 25-də Gürcüstan Milli Bankı rəsmi valyutasının dollara qarşı məzənnəsini 2,79 lari səviyyəsində müəyyən edib ki, bu da Gürcüstanın milli valyutası tarixində ən aşağı göstəricidir.
"APA-Economics"in məlumatına görə, larinin ucuzlaşması Rusiyanın Gürcüstana aviareyslərin həyata keçirilməsinə qadağa qoyulması fonunda müşahidə olunur. Belə ki, Gürcüstanın kommersiya banklarında 1 dollar 2,86 lariyə təklif olunur.
Buna baxmayaraq, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi larinin dəyərdən düşməsini Rusiya ilə bağlı hadisələrlə əlaqələndirmir. Nazirliyin məlumatına görə, Gürcüstanın makroiqtisadi göstəriciləri sabitdir və bu, məzənnənin qısamüddətli dəyişməsindən xəbər verir.