Paşha Bank
Bank Of Baku

İqtisadiyyat naziri: Dövlət şirkətləri xərclərinin optimallaşdırılması hesabına büdcə üçün gəlir mənbəyinə çevrilir

Mikayıl Cabbarov, iqtisadiyyat naziri

© APA | Mikayıl Cabbarov, iqtisadiyyat naziri

# 16 noyabr 2026 12:06 (UTC +04:00)

Dövlət şirkətləri xərclərinin optimallaşdırılması hesabına büdcə üçün gəlir mənbəyinə çevrilir.

APA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir deyib ki, dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyi baş verib: “Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir. 2020-ci ildən etibarən Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. Holdinq idarəetmə modelinə keçid - Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR