Bank Of Baku

"Kapital Bank”ın 30 mln. dollarlıq istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

"Kapital Bank”ın 30 mln. dollarlıq istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb
# 26 sentyabr 2024 17:11 (UTC +04:00)

26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi bu gün yekunlaşıb.

Xatırladaq ki, istiqrazların sayı 300 min ədəd, ilkin ticarət qiyməti 100 dollar, illik gəlirlilik faizi 7%, tədavül müddəti isə 7 ildir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler ) bölməsindən əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR